Xəzər Xəbər

Nəqliyyat tarifləri aşağı salınacaq

İqtisadiyyat | 14:44 • 28 Noyabr 2017
Nəqliyyat tarifləri aşağı salınacaq

Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti istismara verildikdən sonra yük daşımalarına tətbiq olunan nəqliyyat tarifləri aşağı salınacaq.


Bu barədə AZƏRTAC-a məlumat verən İran Dövlət Dəmir Yolları İdarəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Hoseyn Aşuri bildirib ki, İran, Azərbaycan, Rusiya və Belarus tariflərin aşağı salınması haqqında razılıq əldə ediblər. Onun sözlərinə görə, tariflərin aşağı salınması "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin fəaliyyətini tənzimləyəcək və onu Cənub-Şərqi Asiya ölkələri üçün daha da cəlbedici edəcək.


H.Aşuri deyib ki, Qəzvin-Rəşt dəmir yolunun davamı olacaq Rəşt-Astara xəttində işlər davam edir. Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti isə dekabrın sonunda istifadəyə veriləcək.

Xəbər lenti