Xəzər Xəbər

Türkiyədə Bitcoin haram elan edildi

İqtisadiyyat | 12:59 • 28 Noyabr 2017
Türkiyədə Bitcoin haram elan edildi

Şifrəli pul vahidi olan Bitcoinin qiyməti 10 min dollara yaxınlaşıb. Bütün dünyada alqı-satqısı artan virtual pul vahidi Bitcoin və Ethereum Türkiyədə də bir çox internet istifadəçisi tərəfindən satın alınmağa başlayıb.

Bitcoinin Türkiyədə populyarlaşmağa başlamasından sonra bununla bağlı Din İşləri Nazirliyinə şəri sual ünvanlanıb.

Diyanət İşləri "Bitcoin və Ethereum kimi virtual pullardan investisiya məqsədi ilə almaq halaldırmı" sualına cavab verib.

Cavabda deyilir:

"Pul dövlət tərəfindən çap olunan və ölkə daxilində mübadilə vasitəsi kimi istifadə edilən, üzərində ədədi qiyməti yazılmış, kağız və ya metal vasitədir. Virtual pul isə arxasında hər hansı mərkəzi maliyyə qurum olmadan istifadəçilər arasında birbaşa ticari mübadiləyə imkan yaradan hər bir istifadəçi üçün xüsusi şifrələnmiş pul vahididir.

Bir pul vahidinin pul hökmündə olması üçün ya dəyərini dövlətdən almalı, ya da qızıl kimi köklü dəyərə sahib olmalıdır. Virtual pullar nə qədər bəzi təbəqələr tərəfindən mübadilə vasitəsi kimi istifadə edilsə də, dövlətin təmin etdiyi etibara və gücə malik olmaması, arxasında mərkəzi maliyyə qurumunun durmaması və dövlət təminatının verilməməsinə görə pul kimi qiymətləndirilə bilməz. Bundan əlavə, dəyər qazanıb itirmə kimi spekulyasiyaya açıq olması, "çirkli pul" yumaq məqsədi kimi qeyri-qanuni əməliyyatlarda asanlıqla istifadə edilməsi, dövlət dəstəyindən və nəzarətindən uzaq olması kimi səbəblərə görə virtual pulların alqı-satqısını etmək bu mərhələdə şəri cəhətdən uyğun deyil."/faktxəbər

Xəbər lenti