Xəzər Xəbər

Ucuz taksi dövrü bitdi: gedişhaqqı artırıldı

İqtisadiyyat | 11:26 • 28 Noyabr 2017
Ucuz taksi dövrü bitdi:

Dekabrın 1-dən etibarən Azərbaycanda fəaliyyət göstərən xarici taksi xidmətlərinə (Uber, Taxify və s.) kartla ödəniş zamanı 18% Əlavə Dəyər Vergisi (ƏDV) tətbiq ediləcək.

Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şahin Məmmədov bildirib ki, Azərbaycan Banklar Assosiasiyasının nümayəndələri ilə Vergilər Nazirliyində UBER taksi xidmətlərinin vergi cəlb olunması məsələsi ətrafına bir neçə dəfə görüşlər keçirilib.

"Banklar tərəfindən özlərinin proqram təminatlarında müvafiq texniki işlərin həyata keçirilməsi və UBER taksi xidmətlərinə görə Azərbaycan rezidentləri tərəfindən xaricə köçürülən məbləğdən ƏDV-nin tutulacağı onlara bildirilib”- deyə nazirlik rəsmisi vurğulayıb.

Xəbər lenti