Xəzər Xəbər

Soğan və sarımsaq ixracı 24,2 dəfə artıb

İqtisadiyyat | 17:05 • 27 Noyabr 2017
Soğan və sarımsaq ixracı 24,2 dəfə artıb

Bu ilin on ayında 30-dan çox ölkəyə ümumi çəkisi 408186,9 ton olmaqla, 375321,6 min ABŞ dolları dəyərində meyvə-tərəvəz məhsulları ixrac olunub. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən çəki ifadəsində 44181,2 ton və ya 54,6 faiz, dəyər ifadəsində isə 104479 min ABŞ dolları və ya 38,6 faiz çoxdur.


AZƏRTAC xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev bildirib.


Dövlət Xidmətinin rəisi qeyd edib ki, pomidor və kartof ixracı 50 faizdən artıq, soğan və sarımsaq ixracı isə 24,2 dəfə artıb. Eyni zamanda, tütün xammalının ixracı 2,1 dəfə, pambıq məhsullarının ixracı isə 6,8 dəfə çox olub.

Xəbər lenti