2017- ci ilin 10 ayı
ərzində 30-dan artıq ölkəyə ümumi çəkisi 408186,9 ton olmaqla 375321,6
min dollar dəyərində meyvə-tərəvəz məhsulları ixrac olunub.
XəzərXəbər-in məlumatına görə, bunu Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev deyib.
C.Quliyev
bildirib ki, bu ötən ilin müvafiq dövrünə nisbətən çəki ifadəsində
44181,2 ton və ya 54,6 %, dəyər ifadəsində isə 104479 min dollar və ya
38,6 % çoxdur.
O əlavə edib ki, pomidor və kartof ixracı 50
%-dən artıq, soğan və sarımsaq ixracı isə 24,2 dəfə artıb. Eyni zamanda
tütün xammalının ixracı 2,1 dəfə , pambıq məhsullarının ixracı isə 6,8
dəfə artıb.