Xəzər Xəbər

Dəmir yolu ilə sərnişin daşınması 25,7 faiz artıb

İqtisadiyyat | 09:46 • 26 Noyabr 2017
Dəmir yolu ilə sərnişin daşınması 25,7 faiz artıb

2017-cı ilin yanvar-oktyabr aylarında dəmir yolu nəqliyyatı ilə 11,7 milyon ton yük, 2 milyon sərnişin daşınıb.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, 2016-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 8,1 faiz azalma, sərnişin daşınmasında isə 25,7 faiz artım müşahidə olunub.

Orta hesabla gündə 345 vaqon yüklənib və 414 vaqon boşaldılıb. Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 13,1 min ton, qərb istiqaməti üzrə 5,1 min ton, cənub istiqaməti üzrə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.

Xəbər lenti