Xəzər Xəbər

“Aqrolizinq”in Sabirabad nümayəndəliyində ciddi nöqsanlar aşkarlanıb

İqtisadiyyat | 18:10 • 24 Noyabr 2017
“Aqrolizinq”in Sabirabad nümayəndəliyində ciddi nöqsanlar aşkarlanıb

Kənd Təsərrüfatı Nazirliyinin müvafiq əmrinə əsasən "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Sabirabad Regional nümayəndəliyinin 1 iyul 2015-ci il tarixdən 4 iyul 2017-ci il tarixədək olan dövr üzrə maliyyə-təsərrüfat fəaliyətinin daxili auditi aparılıb.

Nazirlikdən xezerxeber.az-a verilən məlumata görə, audit nəticəsində mineral gübrələrin saxlanılması və istifadəsi ilə bağlı nümayəndəliyin fəaliyyətində bir sıra ciddi nöqsanlar aşkar edilib.

Müəyyən edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Xəbər lenti