Xəzər Xəbər

OPEC və Rusiya neft hasilatının azaldılmasına dair razılığa gəlib

İqtisadiyyat | 16:30 • 24 Noyabr 2017
OPEC və Rusiya neft hasilatının azaldılmasına dair razılığa gəlib

OPEC və Rusiyanın neft hasilatının azaldılması ilə bağlı OPEC+ anlaşmasının uzadılmasına dair anlaşdıqları bildirilir. "Report" "Interfax" agentliyinə istinadən xəbər verir ki, bu məlumatı müzakirələrdə iştirak edən mənbələr "Bloomberg" agentliyinə bildirib.

Qeyd edək ki, OPEC+ neft hasilatının azaldılması ilə bağlı cari anlaşmanın müddəti 2018-ci il martın 31-də bitir. Hazırda müzakirələrin davam etdiyi qeyd olunur.

Xatırladaq ki, noyabrın 30-da Vyanada OPEC+ anlaşması iştirakçıları və yeni dəvət olunan neft hasilatçısı ölkələrinin sammitində anlaşmanın hansı müddətə uzadılması ilə bağlı qərar veriləcək.

Xəbər lenti

Çox oxunanlar