Xəzər Xəbər

Brent markalı neft ucuzlaşıb

İqtisadiyyat | 09:09 • 24 Noyabr 2017
Brent markalı neft ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti fərqli istiqamətdə dəyişib.

Xezerxeber.az məlumat verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,41 dollar və ya 0,71% artaraq 58,43 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,19 dollar və ya 0,30% azalaraq 63,36 dollar olub.

Xəbər lenti