Xəzər Xəbər

Yaşayış minimumu 11 faiz artırılacaq

İqtisadiyyat | 16:36 • 23 Noyabr 2017
Yaşayış minimumu 11 faiz artırılacaq

2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat müəyyənləşdirilib.

Xezerxeber.az məlumat verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə "Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Ziyad Səmədzadə bildirib ki, 2018-ci il üçün yaşayış minimumu bu ilin təsdiq olunmuş göstəricisindən 11 faiz çoxdur.

Xəbər lenti