Xəzər Xəbər

İslahatlar nəticəsində 17 milyon manatdan çox vəsaitə qənaət olunub - Nazir

İqtisadiyyat | 18:12 • 22 Noyabr 2017
İslahatlar nəticəsində 17 milyon manatdan çox vəsaitə qənaət olunub -

Dövlət idarəetməsində islahatlar nəticəsində 17 milyon manatdan çox vəsaitə qənaət olunub.

Xezerxeber.az məlumat verir ki, bunu 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Samir Şərifov bildirib ki, dövlət idarəetməsi xərclərinə konkret rəqəmlər əsasında baxılmalıdır. Bu məsələdə faiz əsasında baxılması mümkün deyil. Prezident İlham Əliyevin tapşırığı ilə 2017-ci ildə islahat xarakterli tədbirlər görülüb. Nəticədə dövlət 17 milyon manatdan yuxarı vəsaitə qənaət edib.

Xəbər lenti