"Təəssüflə qeyd etmək istərdim ki, ölkəmizdə adambaşına düşən səhiyyə xərcləri çox aşağıdır”.
XəzərXəbər xəbər verir ki, bunu Milli Məclisdə 2018-ci ilin büdcə müzakirəsi zamanı çıxış edən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Komitə
sədri bildirib ki, həkimlərimizin maaşının az olması yeni inşa olunmuş
və müasir aparatlarla təchiz olunmuş xəstəxanaların işinə mane olur.
Ə.Əmiraslanov qeyd edib ki, əhalinin artımını nəzərə alaraq ilbəil adambaşına düşən səhiyyə xərclərini artırmaq lazımdır.
Komitə
sədri vurğulayıb ki, onkoloji preparatların alınamsı üçün ayrıca vəsait
ayrılır. O, əlavə edib ki, bədxassəli şişlərin müalicəsi üçün nəzərdə
tutulan aparatların alınması üçün ayrılan vəsaitlərin artırılmasına
ehtiyac var.