Xəzər Xəbər

Ölkədə neft ehtiyatları azalıb - Amerika Neft İnstitutu

İqtisadiyyat | 11:42 • 22 Noyabr 2017
Ölkədə neft ehtiyatları azalıb -

Ötən hesabat həftəsində ABŞ-da xam neft ehtiyatları azalıb.

Bu barədə Amerika Neft İnstitutu (API) tərəfindən açıqlanan məlumatda deyilir. Bildirilir ki, keçən həftə ABŞ-da xam neft ehtiyatları 6,36 milyon barrel azalıb.

"Bloomberg”in anketinə görə, ehtiyatların keçən həftə 2,2 milyon barrel azalması gözlənilirdi.

Qeyd edək ki, ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər bu gün ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.

Xəbər lenti