Xəzər Xəbər

Şanxayda Azərbaycan Şərab Evi açılır

İqtisadiyyat | 17:47 • 21 Noyabr 2017
Şanxayda Azərbaycan Şərab Evi açılır

Çinin Şanxay şəhərində Azərbaycan Şərab Evinin açılması bu ilin sonuna planlaşdırılıb.

Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Yusif Abdullayev Azərbaycanın Çinə ixrac missiyasının yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan Şərab Evinin yaradılması ölkəmizin şərablarının daha çox ixracına təkan verəcək. Həmçinin burada şərabların nümayişi, onlardan dadma, topdan və pərakəndə satışı da həyata keçiriləcək.

Xəbər lenti