Xəzər Xəbər

Diri çəkidə ət istehsalında 3,4 faiz artım olub

İqtisadiyyat | 14:23 • 20 Noyabr 2017
Diri çəkidə ət istehsalında 3,4 faiz artım olub

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-oktyabr aylarında diri çəkidə ət istehsalı 3,4 faiz artaraq 405,2 min ton, süd istehsalı 0,6 faiz artaraq 1682,8 min ton, yumurta istehsalı 7,5 faiz artaraq 1446,6 milyon ədəd, yun istehsalı isə 4,0 faiz azalaraq 15,8 min ton təşkil edib.

Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildirilib ki, 2016-cı ilin yanvar-oktyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 4,0 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,8 faiz, bitkiçilik məhsullarının istehsalı isə 5,3 faiz artıb.

Xəbər lenti