Xəzər Xəbər

Depozit hərracında tələb təklifi 6 dəfə üstələyib

İqtisadiyyat | 11:56 • 20 Noyabr 2017
Depozit hərracında tələb təklifi 6 dəfə üstələyib

Bu gün Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib.

Mərkəzi Bankdan xezerxeber.az-a verilən xəbərə görə, tələb 623,35 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib. Bununla da depozit hərracında tələb təklifi 6,23 dəfə üstələyib.

Qeyd edək ki, bugünkü depozit hərracında 100 mln. manat vəsaitin cəlbi nəzərdə tutulmuşdu.

Xəbər lenti