Xəzər Xəbər

Doqquz ayda ölkədə 970 min tonadək avtomobil benzini istehlak edilib

İqtisadiyyat | 11:49 • 20 Noyabr 2017
Doqquz ayda ölkədə 970 min tonadək avtomobil benzini istehlak edilib

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda 969,2 min ton avtomobil benzini istehlak olunub.

Dövlət Statistika Komitəsindən xezerxeber.az-a verilən məlumata görə, 9 ayda ölkədə 937,6 min ton dizel yanacağı, 330,4 min ton mazut yanacağı, 122,2 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 110,9 min ton aviasiya üçün və sair ağ neft, 155,2 min ton neft bitumu, 90,3 min ton maye qaz, 30,6 min ton sürtgü yağları və 63,6 min ton digər neft emalı məhsulları istehlak edilib.

Xəbər lenti