Xəzər Xəbər

Bitkoinin qiyməti yeni rekord qırdı

İqtisadiyyat | 13:10 • 19 Noyabr 2017
Bitkoinin qiyməti yeni rekord qırdı

Son hərraclar zamanı bitkoin kriptovalyutasının qiyməti 8004.59 dollara çatıb.

Technote xəbər verir ki, bu göstərici isə bir gün əvvəlki hərraclarda olan göstəricidən 10.4% çoxdur.

Kriptovalyuta 8 noyabrda 7882 dollarlıq göstəriciyə çatmış, lakin sonra 30% aşağı düşərək 5605 dollara qədər ucuzlaşmışdı. Mütəxəssislər həmin hadisəni "Bitcoin Cash”in məşhurlaşması ilə əlaqələndirirdilər. "Coinmarketcap” birjasının məlumatına əsasən hazırda "Bitcoin Cash”in qiyməti 1015.47 dollar civarındadır.

Qeyd eddək ki, bu ilin əvvəlindən bütün kriptovalyutaların bazar kapitalizasiyası 17.7 milyard dollardan 228.14 milyard dollara yüksəlib. İlin əvvəlindən başlayaraq bitkoinin isə qiyməti 800% artıb.

Xəbər lenti