Xəzər Xəbər

Pambıq tədarükü 180 min tonu ötüb

İqtisadiyyat | 13:21 • 17 Noyabr 2017
Pambıq tədarükü 180 min tonu ötüb

Noyabrın 17-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 180 min 713,33 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildiriblər ki, ötən gün 1856,71 ton pambıq tədarük olunub.

Qeyd edək ki, ölkə üzrə cari ildə ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektar çiyid səpilib. Bu il ən çox pambıq Saatlı (17220 hektar), İmişli (15641,5 hektar), Sabirabad (15055 hektar), Biləsuvar (11351,8 hektar) və Neftçalada (11111 hektar) əkilib.

Xəbər lenti