Xəzər Xəbər

Ağstafa-Köçəsgər avtomobil yolunun tikintisi yekunlaşıb - FOTO

İqtisadiyyat | 12:41 • 16 Noyabr 2017
Ağstafa-Köçəsgər avtomobil yolunun tikintisi yekunlaşıb -

Ağstafa rayonunda Ağstafa-Köşəsgər avtomobil yolunun tikintisi "Azəravtoyol” ASC tərəfindən yekunlaşdırılıb. Avtomobil yolu artıq yeni və müasir görkəmdə istifadəyə verilib.

ASC-nin mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, Ağstafa-Köçəsgər avtomobil yolunun layihə uzunluğu 15.5 kilometrdir. Buraya 3 kilometr uzunluğunda Qırlı-Eynallı avtomobil yolu da daxildir.

Yol 3-cü texniki dərəcəyə uyğun olaraq 2 hərəkət zolağı enində yenidən qurulub. Belə ki, 7 metr hərəkət hissə və hər bir istiqamət üzrə 2.5 metr enində çiyinlər də daxil olmaqla yolun ümumi eni 12 metr təşkil edir.

Layihə çərçivəsində zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb və yeni yol yatağı inşa olunub. Qum-çınqıl və optimal-qırmadaş qarışığından ibarət yol əsasının tikintisi işləri aparılıb.

Daha sonra yolun asfaltlanması işləri görülüb. Ümumilikdə yolun 100 min kvadratmetrdən çox ərazisinə 2 qat olmaqla 12 santimetr qalınlığında asfalt-beton örtüyü döşənib.

Aparılan tikinti işləri zamanı yolun altından suların ötürülməsi üçün 18 ədəd müxtəlif diametrli suötürücü borular qoyulub, 2 mövcud avtomobil körpüsündə isə təmir işləri aparılıb.

Görülən işlər tam olaraq yekunlaşdıqdan sonra yola 62 ədəd yol nişanı və məlumatverici lövhələr quraşdırılıb, 46.500 metr uzunluğunda yol-cizgi və yolgöstərici xətlər çəkilib.

2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin hesabına bu il reallaşdırılan 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələrindən biri olan Ağstafa-Köçəsgər avtomobil yolunun tikintisi ilə yaşayış məntəqəsinin 18 min əhalisinin gediş-gəlişi xeyli rahatlaşıb, yük və sərnişin daşıması isə asanlaşıb.

Xəbər lenti