Xəzər Xəbər

Azərbaycanda 178 min tondan artıq pambıq tədarük olunub

İqtisadiyyat | 12:27 • 16 Noyabr 2017
Azərbaycanda 178 min tondan artıq pambıq tədarük olunub

Azərbaycanda 178 min tondan artıq pambıq tədarük olunub.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, ölkə üzrə bu günə qədər 178 min 856,62 ton pambıq tədarük edilib.

Komitədən bildirilib ki, ötən gün ölkə üzrə qəbul məntəqələrinə 1916,59 ton pambıq təhvil verilib.

Ötən gün qəbul məntəqələrinə ölkə üzrə ən çox pambıq təhvil verən Biləsuvar rayonunun pambıqçıları olub - 302,24 ton.

Xəbər lenti