Xəzər Xəbər

“Alibaba”nın internet ticarətində yeni rekord qeydə alınıb

İqtisadiyyat | 12:20 • 12 Noyabr 2017
“Alibaba”nın internet ticarətində yeni rekord qeydə alınıb

Çinin "Alibaba” şirkətinin noyabrın 11-də "Tənhalar günü”ndə internet ticarətində 25,3 milyard ABŞ dolları məbləğində yeni rekord qeydə alınıb. Ötən il bu rəqəm 18 milyard dollar olub.

Xezerxeber.az məlumat verir ki, sutka ərzində Çin vətəndaşları, habelə 201 ölkədəki istifadəçilər "Tənhalar günü” ilə əlaqədar endirim kampaniyasından yararlanıblar. Bu dəfə 140 minə yaxın şirkət və mağaza "Alibaba”nın internet mağazalarından satışa 15 milyon çeşiddə məhsul çıxarıb.

Çinin ticarət şəbəkələri hər il noyabrın 11-də "Tənhalar günü” ilə əlaqədar alıcılara böyük endirimlər təklif edir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti