Xəzər Xəbər

Rusiya Azərbaycandan 52 ton meyvə-tərəvəzin idxalını qadağan edib

İqtisadiyyat | 13:58 • 9 Noyabr 2017
Rusiya Azərbaycandan 52 ton meyvə-tərəvəzin idxalını qadağan edib

Rusiya-Azərbaycan dövlət sərhədinin "Yaraq-Qazmalar” avtomobil keçid məntəqəsində qonşu ölkənin kənd təsərrüfatı məhsullarının keyfiyyətinə nəzarət dövlət qurumu olan "Rosselxoznadzor”un Dağıstan üzrə idarəsinin əməkdaşları 52,5 ton meyvə və tərəvəzin Azərbaycandan daxil olmasına icazə verməyiblər.


Virtualaz.org yerli mətbuata istinadən xəbər verir ki, buna səbəb kimi Rusiya ərazisinə karantin altında olan məhsulun idxal qaydalarının pozulması göstərilib.


Saxlanılan yüklər arasında 16780 kq nar, 18025 kq pomidor və 17750 kq xiyar var. Bu məhsullar geriyə - Azərbaycana qaytarılıb.

Xəbər lenti