Xəzər Xəbər

Azərbaycanda üçüncü milyard ton neft təqribən 2060-cı ildə hasil oluna bilər

İqtisadiyyat | 09:39 • 9 Noyabr 2017
Azərbaycanda üçüncü milyard ton neft təqribən 2060-cı ildə hasil oluna bilər

Azərbaycanda üçüncü milyard ton neft təqribən 2060-cı ildə hasil oluna bilər.

Xezerxeber.az-ın məlumatına görə, bunu noyabrın 8-də SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasimdə çıxışı zamanı deyib.

X.Yusifzadə qeyd edib: "Allahın köməyi ilə üçüncü milyard ton neftin hasilatına bu gündən başlandı. Biz üçüncü milyarda nə vaxt çata bilərik? Hesablamalar göstərir ki, biz Azərbaycanda üçüncü milyard ton nefti təqribən 2060-cı ildə hasil edə bilərik".

O əlavə edib ki. Azərbaycanda 2 trilyon kubmetr qaz isə daha tez - 2055-ci ildə hasil edilə bilər.

Xəbər lenti