Xəzər Xəbər

OPEK Azərbaycanda 2040-cı ilədək neft hasilatını stabil səviyyədə proqnozlaşdırır

İqtisadiyyat | 09:18 • 9 Noyabr 2017
OPEK Azərbaycanda 2040-cı ilədək neft hasilatını stabil səviyyədə proqnozlaşdırır

OPEK Azərbaycanda 2040-cı ilədək neft hasilatının stabil olaraq sutkada 0,7-0,8 milyon barrel səviyyəsində qalacağını proqnozlaşdırır.

Trend-in məlumatına görə, bu barədə təşkilatın "World Oil Outlook 2040" adlı hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, 2022-ci ilə kimi Azərbaycanda neft və kondensat hasilatı hazırda qeydə alınan sutkada 0,8 milyon barreldən 0,7 milyon barrelədək azalacaq. 2017-ci ildə hasilat 0,8 milyon barrel, 2018-ci ildə 0,7 milyon barrel, 2019-cu ildə 0,7 milyon barrel, 2020-ci ildə 0,8 milyon barrel, 2021 və 2022-ci illərdə isə yenidən 0,7 milyon barrel təşkil edəcək.

"Bu, yeni iri layihələrin olmaması ilə və "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda hasilatın azalması ilə bağlıdır. Təkcə "Şahdəniz" yatağında 2018-ci ildə yeni mərhələni işə salmaq planlaşdırılır ki, bu da ümumi hasilata sutkada 65 min barrel əlavə edəcək".

OPEK-in qənaətincə, bu vəziyyət uzunmüddətli perspektivdə də saxlanılacaq. 2025-2040-cı illərdə Azərbaycanda hasilatın 0,7 milyon barrel səviyyəsində olacağı proqnozlaşdırılır.

Xəbər lenti