Xəzər Xəbər

Bakı-Kazan aviareysi ilə uçan təyyarə Nijni Novqoroda eniş edib - SƏBƏB

İqtisadiyyat | 17:33 • 7 Noyabr 2017
Bakı-Kazan aviareysi ilə uçan təyyarə Nijni Novqoroda eniş edib -

Hava şəraiti ilə əlaqədar Bakı-Kazan aviareysi ilə uçan "Buta Airways”ə məxsus təyyarə Nijni Novqoroda eniş edib.


AZƏRTAC xəbər verir ki, bu barədə "Buta Airways” aviaşirkətindən məlumat verilib.


Bildirilib ki, noyabrın 7-də səhər saat 9:00-da Bakıdan Kazana yola düşən "J2-9575” reysi ilə uçan təyyarənin komandiri Kazan Hava Limanında əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq təyyarəni Nijni Novqorodda endirməyə qərar verib. Eniş ştat rejimdə keçib.


Hava şəraiti yaxşılaşan kimi təyyarə yenidən Kazana uçacaq. Bu barədə əlavə məlumat veriləcək.

Xəbər lenti