Xəzər Xəbər

Pambıq istehsalı kəskin artıb

İqtisadiyyat | 15:59 • 7 Noyabr 2017
Pambıq istehsalı kəskin artıb

Noyabrın 7-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 168 min 566,73 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildiriblər ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,3 dəfə çoxdur. Belə ki, keçən il noyabrın 7-dək 50 min 416 ton məhsul tədarük edilmişdi.

Qeyd edək ki, ölkə üzrə cari ildə ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektar çiyid səpilib. Bu il ən çox pambıq Saatlı (17220 hektar), İmişli (15641,5 hektar), Sabirabad (15055 hektar), Biləsuvar (11351,8 hektar) və Neftçalada (11111 hektar) əkilib.

Xəbər lenti