Xəzər Xəbər

FED-də mühüm dəyişiklik: Tramp qərar verəcək

İqtisadiyyat | 12:40 • 20 Oktyabr 2017
FED-də mühüm dəyişiklik:

ABŞ Prezidenti Donald Tramp FED-in (Federal Ehtiyatlar Sistemi) hazırkı rəhbəri Canet Yellenlə ikinci dəfə görüşüb.

Görüşdə gələn il fevralın 3-də vəzifəsini başa vuran Canet Yellenin yerinə namizədlər müzakirə olunub.

Bu vəzifəyə Yellendən başqa 4 potensial namizədin adı hallanır: FED İdarə Heyətini üzvü Cerom Poull, İdarə Heyətin sabiq üzvü Kevin Uarş, Stanford Universitetinin iqtisadiyyat professoru Con Teylor və Beynəlxalq İqtisadiyyat Şurasının direktoru Cerri Con.

Məlumatlara görə, prezident Poull və Teylorun namizədliyini dəstəkləyir.

ABŞ prezidenti dünya iqtisadiyyatına əhəmiyyətli təsir göstərən FED-in rəhbərinin adını noyabrın 3-də Asiya turnesindən öncə açıqlayacaq./teleqraf.com

Rubrikanın digər xəbərləri

Xəbər lenti