Xəzər Xəbər

Pensiya alanlara ŞAD XƏBƏR! Neftin bugünkü qiyməti sizin xeyrinizədir

İqtisadiyyat | 17:32 • 17 Oktyabr 2017
Pensiya alanlara ŞAD XƏBƏR!

2014-cü ildə neftin qiyməti 100 dollardan artıq idi. Bu, təxminən 80 manat təşkil edirdi. İndi isə neftin qiyməti 57 dollardır. Bu da təxminən 100 manata bərabərdir.

İqtisadçı Vüqar Bayramov açıqlamasında bildirir ki, hazırda manat ifadəsində vəsait daha çoxdur. Bu, manatla xərclərin ötürülməsi baxımından vacibdir:

"Azərbaycan dövlət büdcəsinin gəlirləri manatla hesablanır. Dövlət Neft Fondu dövlət büdcəsinin öhdəliyini yerinə yetirmək üçün daha az dollardan istifadə edir. Neftin qiyməti dollarla olan tələbin ödənilməsi baxımından vacibdir. İndiki məqamda Azərbaycan iqtisadiyyatı üçün neftin qiymətinin 50 dollar ətrafında stabilləşməsi məqbuldur. Artıq Azərbaycan iqtisadiyyatı neftin dünya bazarındakı hazırki qiymətinə uyğunlaşıb. Növbəti dövrlərdə Azərbaycan neftinin qiyməti 50 dollar olarsa, bu, Azərbaycanın 50 dollarlıq səviyyə ilə dövlət gəlirlərini artırmasına imkan verə bilər”.

İqtisadçı əlavə etdi ki, 2018-ci ildə büdcə gəlirləri 4 milyard manatdan çox olacaq. Büdcə gəlirlərinin artması nəticə etibariylə büdcədən sosial istiqamətdə ayrılan vəsaitlərin həcmini artıracaq. Bu da büdcədən əmək haqqları və pensiyalara vəsait ayrılmasına imkan verəcək./Metbuat.az

Xəbər lenti