Xəzər Xəbər

XOŞ XƏBƏR! Güzəştli mənzillərin satışı ilin sonunadək başlaya bilər

İqtisadiyyat | 13:53 • 17 Oktyabr 2017
XOŞ XƏBƏR! Güzəştli mənzillərin satışı ilin sonunadək başlaya bilər

Bakıda güzəştli mənzilin alınması üçün 6,5 minə yaxın adam qeydiyyatdan keçib.

Bunu Prezident yanında Mənzil Tikintisi üzrə Dövlət Agentliyinin aparat rəhbəri Anar Quliyev deyib.

Onun sözlərinə görə, mənzillərin satışı "Güzəştli mənzil” elektron sistemi vasitəsilə həyata keçirilir: "Güzəştli mənzil almaq hüququna malik vətəndaşlar bu sistem vasitəsilə qeydiyyatdan keçir. Bugünədək, səhv etmirəmsə, 6,5 minə yaxın adam qeydiyyata alınıb”.

Onun sözlərinə görə, növbəti mərhələ ilk mənzillərin satışından sonra başlayacaq.

A.Quliyev bildirib: "Bu proses başlayandan sonra qeydiyyatdan keçmiş hər bir kəs müvafiq mənzil və ödəniz forması seçmək imkanına malik olacaq. Hələ ki, satışın nə vaxt başlayacağını haqqında dəqiqi söz demək çətindir, amma düşünürəm ki, ilin sonuna kimi mənzillərin satışına balaya biləcəyik”. (Trend)

Xəbər lenti

Çox oxunanlar