Xəzər Xəbər

Gürcüstan Azərbaycandan 10 min velosiped alır

İqtisadiyyat | 11:15 • 16 Oktyabr 2017
Gürcüstan Azərbaycandan 10 min velosiped alır

İsmayıllıda fəaliyyət göstərən "Isma Bikes" zavodu Batumidən dağ turizmi üçün 10 min ədəd velosiped sifarişi alıb.

XəzərXəbər-in xəbərinə görə, bunu İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov jurnalistlərə açıqlamasında deyib.

İcra başçısı bildirib ki, İsmayıllıda turizmin inkişafı istiqamətində indiyədək xeyli işlər görülüb: "Biz velosiped zavodu tikməyi qarşıya məqsəd qoymuşduq. Cənab prezidentin xeyir-duası ilə artıq rayonumuzda Qafqazda yeganə olan velosiped zavodu tikilib, istifadəyə verilib. Hazırda zavodda iş gedir. Mətbuatda yazırdılar ki, guya velosiped zavodu işləmir. Bu məlumatlar tamamilə yalandır. Biz iki ay öncə Batumidən dağ turizmi üçün 10 min ədəd velosiped sifarişi almışıq. Bu, çox yaxşı haldır”.

Xəbər lenti

Çox oxunanlar