Xəzər Xəbər

Gömrükdə avtomobildə 320 ədəd fişəng tapılıb - FOTO

İqtisadiyyat | 11:52 • 10 Oktyabr 2017
Gömrükdə avtomobildə 320 ədəd fişəng tapılıb -

Gömrükdə avtomobildə 320 ədəd fişəng tapılıb.

Dövlət Gömrük Komitəsindən xezerxeber.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi "BMW-520" markalı avtomobilə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin yük yerində xüsusi düzəldilmiş gizli saxlanc yerində 320 ədəd "Sterminator" adlı fişəng aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti