Xəzər Xəbər

Xırdalan və Masazırın bir hissəsi işıqsız qalacaq

İqtisadiyyat | 11:41 • 10 Oktyabr 2017
Xırdalan və Masazırın bir hissəsi işıqsız qalacaq

10-12 oktyabr 2017-ci il tarixlərində saat 11:00-dan 15:30-a qədər Xırdalan şəhəri 22, 24, 25, 26, 28, 30-cu məhəllələrdə, kənd Xırdalan və Masazır qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

"Azərişıq" ASC-dən xezerxeber.az-a verilən məlumata görə, buna "Azərenerji" ASC-yə məxsus 110 kV-luq I Binəqədi hava elektrik verilişi xəttində aparılan yenidənqurma işləri səbəb olacaq.



Yaranmış narahatçılığa görə "Azərişıq" ASC istehlakçılardan üzr istəyir.


Xəbər lenti