Xəzər Xəbər

Xaricdə kommersiya fəaliyyəti ilə məşğul olan Azərbaycan vətəndaşı öz ölkəsində gəlirinin 20 faizini ödəməlidir

İqtisadiyyat | 12:50 • 9 Oktyabr 2017
Xaricdə kommersiya fəaliyyəti ilə məşğul olan Azərbaycan vətəndaşı öz ölkəsində gəlirinin 20 faizini ödəməlidir

Azərbaycan Respublikasının vətəndaşı xaricdə kommersiya fəaliyyəti ilə məşğul olduğu təqdirdə, öz ölkəsində vergi öhdəliyi yaranırmı?


Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, rezidentlik statusu Vergi Məcəlləsinin 13.2.5-ci maddəsində müəyyən olunan rezident vergiödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir.


Müvafiq olaraq, Azərbaycan Respublikasının rezidenti hesab olunan Azərbaycan Respublikasının vətəndaşının respublikadan kənarda əldə olunan gəlirləri Azərbaycan Respublikasında vergitutma obyektini təşkil edir.


Belə gəliri əldə edən şəxsin fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunmaqla, həmin şəxs yaşadığı yer üzrə vergi orqanında gəlir vergisinin ödəyicisi kimi vergi uçotuna durmalı, əldə etdiyi gəlirlə bu gəlirin əldə olunması üçün çəkilən sənədləşdirilmiş xərcləri çıxmaqla qalan məbləğdən 20 faiz dərəcə ilə vergini bəyan etməli və ödəməlidir. Əks təqdirdə, həmin şəxsə Vergi Məcəlləsinin 58-ci maddəsində nəzərdə tutulan müvafiq maliyyə sanksiyası, habelə İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulan müvafiq məsuliyyət tədbirləri tətbiq oluna bilər.

Xəbər lenti