Xəzər Xəbər

Depozit hərracında tələb təklifi 4,6 dəfə üstələyib

İqtisadiyyat | 12:45 • 9 Oktyabr 2017
Depozit hərracında tələb təklifi 4,6 dəfə üstələyib

Bu gün Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib.

Mərkəzi Bankdan xezerxeber.az-a verilən xəbərə görə, tələb 456,3 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib.

Qeyd edək ki, bugünkü depozit hərracında 100 mln. manat vəsaitin cəlbi nəzərdə tutulmuşdu.

Xəbər lenti