Xəzər Xəbər

Belarus Azərbaycana kartof ixracını artıracaq

İqtisadiyyat | 11:20 • 9 Oktyabr 2017
Belarus Azərbaycana kartof ixracını artıracaq

Belarus bu il ötən ildəkindən çox kartof ixrac etməyi proqnozlaşdırır. Ümumiyyətlə, Belarus Azərbaycan, Rusiya, Özbəkistan, Qazaxıstana 300 min tondan çox kartof ixrac edir.


Xezerxeber.az  "BELTA"ya istinadla xəbər verir ki, bu barədə Belarusun kənd təsərrüfatı və ərzaq məhsulları nazirinin müavini Vladimir Qrakun deyib.


"Bu il Belarusda kartof yığımı əhalinin tələbatını tam ödəyir. 22 min hektar kartof sahəsinin 72 faizindən ötən ildəkindən daha çox - 700 min tona yaxın kartof yığılıb. Məhsul yığımı oktyabrın 11-12-də başa çatacaq", - deyə nazir müavini qeyd edib.

Xəbər lenti