"Azərbaycan neft
hasilatının azaldılması üzrə OPEK və quruma daxil olmayan ölkələr
arasındakı Vyana sazişinin öhdəliklərini tam yerinə yetirir"
XəzərXəbər xəbər verir ki, bunu Trend-ə müsahibəsində OPEK-in baş katibi Məhəmməd Sanusi Barkindo deyib.
O vurğulayıb ki, Azərbaycan Vyana sazişinə sadiqliyini nümayiş etdirir:
"Bu sadiqlik bizim ümumi işimiz – neft bazarının balanslaşdırılması
üçün nümunədir”.
Baş katibin sözlərinə görə, Vyana sazişinin
şərtlərinin yerinə yetirilməsinə nəzarət üçün birgə çərçivələrin
yaradılması unikal və yeni bir addımdır. O qeyd edib ki, bu çərçivələr
OPEK-in şəffaflığı, açıqlığı və məlumat mübadiləsini dəstəklədiyinin
göstəricisidir: "Sazişin şərtlərinin bütün iştirakçılar tərəfindən
yerinə yetirilməsinin qiymətləndirilməsi həm OPEK üzvləri, həm də quruma
daxil olmayan ölkələr tərəfindən həyata keçirilir. Bunun üçün
Nazirlərin Birgə Monitorinq Komitəsi yaradılıb. Bu komitəyə OPEK-dən
Küveyt, Əlcəzair və Venesuela, quruma üzv olmayan ölkələrdən Rusiya və
Oman daxildir. Komitəyə dəstək üçün Birgə Texniki Komitə də yaradılıb
ki, bu da OPEK katibliyi ilə birgə fəaliyyət göstərir”.
Qeyd edək ki, Azərbaycan Energetika Nazirliyinin məlumatlarına əsasən, sentyabr ayında Azərbaycanda gündəlik neft hasilatı 785,7 min barrel olub.