Xəzər Xəbər

Külli miqdarda dərman preparatları aşkar edilərək götürülüb

İqtisadiyyat | 11:31 • 7 Oktyabr 2017
Külli miqdarda dərman preparatları aşkar edilərək götürülüb

Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postuna Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşına məxsus avtomobildəki əl yükləri "HCVG vizual Smiths Detection" yoxlama-baxış sistemindən keçirilən zaman qurğunun monitorunda dərman preparatlarının təsviri görünüb.

Dövlət Gömrük Komitəsindən xezerxeber.az-a verilən məlumata görə, həmin yükə təkrar baxış nəticəsində gömrük orqanına bəyan olunmayan 20 adda 61 qutu və qablaşdırma qutusu olmayan 30 konvalyut müxtəlif dərman preparatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti