Xəzər Xəbər

ABŞ-dakı neft-qaz quyularının sayı azalıb

İqtisadiyyat | 10:27 • 7 Oktyabr 2017
ABŞ-dakı neft-qaz quyularının sayı azalıb

Keçən həftə ABŞ-da aktiv neft-qaz quyularının sayı azalıb.

Xezerxeber.az "Baker Hughes” şirkətinə istinadən xəbər verir ki, ötən hesabat həftəsində ABŞ-da aktiv neft quyularının sayı 2 ədəd azalaraq 748, qaz quyularının sayı 2 ədəd azalaraq 187, qarışıq fəaliyyət göstərən quyular isə 1 ədəd olub. Bu da o deməkdir ki, ABŞ-dakı aktiv neft-qaz quyularının sayı ötən həftə 4 ədəd azalaraq ümumilikdə 936 olub. Bu, ötən ilin eyni dövründəkindən isə 412 qurğu çox deməkdir.

Beləliklə də ABŞ-da aktiv neft quyularının sayı son 5 həftənin dördündə azalıb.

Qeyd edək ki, ABŞ-da aktiv neft quyularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatmışdı. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft quyularının sayı ötən ilin may ayında isə minimuma – 316-ya geriləmişdi.

Xəbər lenti

Çox oxunanlar