Xəzər Xəbər

Lizinq haqqında yeni qanun layihəsi hazırlanır

İqtisadiyyat | 13:26 • 6 Oktyabr 2017
Lizinq haqqında yeni qanun layihəsi hazırlanır

Azərbaycanda lizinq haqqında yeni qanun layihəsi hazırlanır.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktorunun müavini Asim Zülfüqarov deyib. O deyib ki, qısa müddətdə qanun layihəsi Milli Məclisə təqdim olunacaq.

"Mikromaliyyə institutları maliyyə texnologiyalarından geniş istifadə etməlidir. Biz tənzimləmədə də dəyişiklik etməyə çalışırıq ki, əhalinin maliyyəyə çıxışı maksimum təmin olunsun”, - deyə A.Zülfüqarov əlavə edib.

Xəbər lenti