Xəzər Xəbər

Nazir: TANAP-ın tikintisi vaxtından əvvəl başa çatacaq

İqtisadiyyat | 13:22 • 6 Oktyabr 2017
Nazir: TANAP-ın tikintisi vaxtından əvvəl başa çatacaq

Transanadolu boru kəmərinin (TANAP) tikintisi vaxtından əvvəl başa çatacaq.

Trend-in məlumatına görə, bunu Çanaqqala vilayətində tikinti işləri ilə tanış olan Türkiyənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak deyib.

O qeyd edib ki, hazırda TANAP-ın Mərmərə dənizində sualtı hissəsinin tikintisi sürətləndirilmiş tempdə davam edir.

Nazirin sözlərinə görə, TANAP Türkiyə üçün vacib layihələrdən biridir.

Qeyd edək ki, TANAP-ın Mərmərə dənizində sualtı hissəsinin tikintisi bu il sentyabrın 23-də başlayıb.

Xəbər lenti