Xəzər Xəbər

Avtomobillərin qiyməti ucuzlaşdı – AÇIQLAMA

İqtisadiyyat | 15:30 • 5 Oktyabr 2017
Avtomobillərin qiyməti ucuzlaşdı

Sentyabr ayı ərzində həm ənənəvi avtomobil bazarındakı satışda, həm də avtomobillərin online satışlarında aktivlik çox aşağı səviyyədə olub.

Bu barədə əmlak üzrə ekspert Vaqif Hüseynov deyib.

O bildirib ki, hava şəraitinin kəskin dəyişməsi avtomobil bazarına da təsirsiz ötüşməyib: "Bazarın aktiv iştirakçıları passiv iştirakçılara çevrilib”.

Ekspert deyib ki, satış qiyməti 20 min manata qədər olan işlənmiş avtomobillərdə qiymətlər təqribən 8-10% aşağı düşüb, bahalı avtomobillərin qiymətində isə ciddi dəyişiklik olmayıb.

V.Hüseynov vurğulayıb ki, adətən, sentyabr ayından bazarda aktivləşmə hiss olunurdu və bu, noyabrın sonuna qədər davam edirdi: "Dekabr ayında bayramlarla əlaqədar aktivlik aşağı düşürdü, yanvarın ortalarından sonra yenidən artırdı. Ancaq bu il sentyabr ayında aktivlik artmadı”. //Trend

Xəbər lenti