Xəzər Xəbər

Daşınmaz əmlaka görə icarə haqqı 30 min manat həddində nağd qaydada ödənilə bilər

İqtisadiyyat | 15:02 • 5 Oktyabr 2017
Daşınmaz əmlaka görə icarə haqqı 30 min manat həddində nağd qaydada ödənilə bilər

ƏDV qeydiyyatında olan müəssisə digər vergiödəyicisi olan fiziki şəxslə icarə müqaviləsi bağlayaraq daşınmaz əmlak götürdüyü halda, müəssisə icarə haqqını nağd qaydada ödəyə bilərmi?


Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinin 16.1.11-8-ci maddəsinə əsasən, qanunla nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların yalnız nağdsız qaydada həyata keçirilməsini təmin etmək vergiödəyicisinin vəzifəsinə aid edilib.


Qeyd olunub ki, ƏDV məqsədləri üçün qeydiyyatda olan müəssisə tərəfindən digər vergiödəyicisindən icarəyə götürülmüş daşınmaz əmlaka görə ödənilən icarə haqqı 30 min manat hədd daxilində nağd qaydada ödənilə bilər.

Xəbər lenti