Xəzər Xəbər

Masallı-Yardımlı yolunda avtomobillərin hərəkəti bərpa olunub

İqtisadiyyat | 14:46 • 5 Oktyabr 2017
Masallı-Yardımlı yolunda avtomobillərin hərəkəti bərpa olunub

Ötən gün axşam saatlarında intensiv yağıntılar nəticəsində Masallı rayonunda dağ yamaclarında baş vermiş sürüşmə nəticəsində axan torpaq və bitki qatı Masallı-Yardımlı avtomobil yolunun 17, 19, 21, 24 və 29-cu kilometrində yolun hərəkət hissəsinə tökülüb.

"Azəravtoyol" ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli bildirib ki, nəticədə yolda hərəkətdə müəyyən çətinliklər yaranıb.


"Əraziyə dərhal "Azəravtoyol" ASC-nin əməkdaşları və ağır texnikası cəlb olunub. Qısa müddət ərzində yol torpaq və bitki qatından təmizlənərək nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub", - deyə o vurğulayıb.

Xəbər lenti