Xəzər Xəbər

Kanadanın ən böyük bankı “Bitcoin”-dən istifadə edəcək

İqtisadiyyat | 17:37 • 4 Oktyabr 2017
Kanadanın ən böyük bankı

Kanadanın ən böyük bankı olan "Royal Bank of Canada” (RBC) beynəlxalq pul transferlərində "Bitcoin”dən istifadə etməyə başlayıb.

Təxminən bir həftəyə ərsəyə gələn yenilik artıq RBC-nin mövcud ödəmə sistemlərinə əlavə edilib. Tədbiq edilən yenilik bankın mövcud sistemini dəyişdirmədən "Blockchain” texnologiyasının potensialından istifadə imkanı yaradır.


RBC-nin direktoru Martin Wildberger "Reuters” informasiya agentliyinə açıqlamasında bildirir ki, sistemin əməliyyatları sadələşdirir və xərcləri azaldır:

""Blockchain” texnologiyasından istifadə bank sektorunda geniş yer tutur. Yeni sistem Amerika və Kanada bankları arasında olan ödəmələrin monitorinqini sadələşdirəcək”./metbuat.az

Xəbər lenti