Xəzər Xəbər

12 ölkəyə OPEC+ sazişinə qoşulmaları üçün dəvət göndərilib

İqtisadiyyat | 16:14 • 4 Oktyabr 2017
12 ölkəyə OPEC+ sazişinə qoşulmaları üçün dəvət göndərilib

Daha 12 ölkəyə Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrlə əldə edilən neft hasilatının azaldılmasına dair Vyana sazişinə qoşulmaları üçün dəvət göndərilib.

Bu barədə Rusiyanın paytaxtı Moskvada keçirilən Rusiya Enerji Həftəsində Venesuelanın neft və dağ-mədən sənayesi naziri Euloqio del Pino deyib.

"Daha 10-12 ölkəyə OPEC+ sazişinə qoşulmaları üçün dəvət göndərilib. Həmin ölkələr əsasən Cənubi Amerika və Afrika ölkələridir”, - deyə nazir əlavə edib.

Qeyd edək ki, hazırda neft hasilatının azaldılması üzrə sazişə 24 ölkə qoşulub.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Bu il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.

Xəbər lenti