Xəzər Xəbər

Komitə tərəfindən növbəti hərrac keçirilib

İqtisadiyyat | 11:54 • 3 Oktyabr 2017
Komitə tərəfindən növbəti hərrac keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün keçirilən hərracda özəlləşdirilən əmlaklardan 4-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 3 istifadəsiz qeyri-yaşayış sahəsi və 5 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 1 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib.

Komitədən XəzərXəbər-ə verilən məlumata görə, budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Nərimanov rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 64,5 kv.m təşkil edir. Hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələri paytaxtın Nəsimi, Nərimanov, Suraxanı rayonlarında, digəri isə Sumqayıtda yerləşir.

Hərracda ən ucuz qiymətə özəlləşdirilən qeyri-yaşayış sahəsi isə paytaxtın Suraxanı rayonunda yerləşir. Həmin əmlak 2 min 250 manata sahibini tapıb. Komitə tərəfindən növbəti hərrac 10 oktyabrda keçiriləcək.

Xəbər lenti