Xəzər Xəbər

Aqrar sahədə tədbirlərin 11 faizi icra olunub, 40 faizinin isə icrasına başlanılıb

İqtisadiyyat | 14:28 • 2 Oktyabr 2017
Aqrar sahədə tədbirlərin 11 faizi icra olunub, 40 faizinin isə icrasına başlanılıb

"Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin 11 faizi icra olunub, 40 faizinin isə icrasına başlanılıb.


AZƏRTAC xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında məlumat verilib.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaydığı hesabatda bildirilir ki, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin yanvar-iyun aylarında kənd təsərrüfatı məhsullarının istehsalı 2,2 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 1,7 faiz, heyvandarlıq məhsullarının istehsalı 2,6 faiz artıb. Əkinlərin ümumi sahəsi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,1 faiz çoxalıb.


Qeyd edək ki, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin monitorinq və qiymətləndirmələri hər yarım ildən bir təqdim olunur. İlin sonunda Strateji Yol Xəritələrinin icrası üzrə illik monitorinq və qiymətləndirmə nəticələri təqdim ediləcək.

Xəbər lenti