Xəzər Xəbər

Bakının toxuculuq sənayesində 53,9 faiz artım olub

İqtisadiyyat | 13:30 • 1 Oktyabr 2017
Bakının toxuculuq  sənayesində 53,9 faiz artım olub

Bu ilin yanvar-avqust aylarında Bakı şəhərinin toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 58,6 milyon manat dəyərində məhsul istehsal edilib.

Bakı Şəhər Statistika İdarəsindən xezerxeber.az-a bildiriblər ki, əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə toxuculuq sənayesində 53,9 faiz, geyim istehsalında 2,8 faiz artım, dəri və dəridən məmulatlar, ayaqqabı istehsalında isə 2,4 faiz azalma müşahidə olunub.

Xəbər lenti