Xəzər Xəbər

Bloomberg: dolların təəccüb doğuran artım səbəbini Çində axtarın!

İqtisadiyyat | 14:36 • 29 Sentyabr 2017
Bloomberg:

Bloomberg agentliyi yazır ki, Çin Xalq bankı (Mərkəzi Bank) dünya valyuta bazarlarında daha böyük rol oynaya bilər.

Dollar bu son günlər ərzində təəccüb doğuran qiymət dönüşü yaşadı. Belə ki, Bloomberg Dollar Spot Index indeksi 8 sentyabr tarixindən bu günə qədər qeydə alınan minimumdan 2,5 faiz yüksəldi.

Lakin ABŞ FES-nin sərt ritorikası, prezident Trumpın vergi islahatları və balansın təmizlənməsi ilə bağlı planları öz rolunu oynadı. Dolların sıçrayışı Çin Mərkəzi bankı tərəfindən yuan məzənnəsinin dollara nəzərən qəfil aşağı salınması ilə üst-üstə düşdü.

Dördüncü gün çinli tənzimləyici yuanın məzənnəsini 1 dollar/6,6285 yuan səviyyəsinə qədər endirdi. Bu 30 avqustdan minimal göstəricidir. Ölkənin Mərkəzi bankı dörd gün ardıcıl olaraq yuanın məzənnəsini dollara nəzərən endirir.

Bloomberg agentliyi qeyd edir ki, bu Çinin valyuta siyasətinin dolların qiymət dəyişməsi ilə üst-üstə düşdüyü ilk belə hal deyil.

Bundan əlavə, verilən məlumatlarda qeyd edilir ki, offşor yuan Bloomberg Dollar Spot zənbilinin cəmi 3 faizini təşkil edir (avro zənbilin təqribən 32 faizini təşkil edir, onun ardınca 18 faizlə yen gəlir) və onun tək hərəkəti dollara təsir etmək üçün kifayət etmir. Eyni zamanda, Çinin Mərkəzi bankının yuana münasibətdə niyyəti qeyri-şəffaf olaraq qalır və treyderlər çinli tənzimləyicinin gündəlikm valyuta məhdudiyyətlərinə əsaslanaraq hərəkət etməyə məcburdurlar./Banker.az

Xəbər lenti